Bu gün “Maliyyə xidmətlərinin inkişafı” üzrə pilot layihənin icrasının başa çatması ilə bağlı tədbir keçirilib

Bu gün “Maliyyə xidmətlərinin inkişafı” üzrə pilot layihənin icrasının başa çatması ilə bağlı tədbir keçirilib
Bu gün "Maliyyə xidmətlərinin inkişafı" üzrə pilot layihənin icrasının başa çatması ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Ümumdünya Poçt İttifaqının sədri Eduard Dayan və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİTN naziri Əli Abbasov rabitə sahəsində önəmli inkişafın əldə olunduğunu bildirib: "Bu gün 5 illik layihənin rəsmi qaydada işə salındığı gündür. Ümumiyyətlə Azərbaycan texnologiya sahəsindəki inkişafı ilə regionda fərqlənir. 2003-2010 cu illərdə Azərbaycanda poçt sahəsində 15-18% irəliləyiş var. Poçt sistemində əmək haqqı əvvəl minimum idisə, indi qaldırılıb, amma əslində hələ də maaşlar qaneedici səviyyədə deyil. Artıq Azərbaycanda poçt binalarının 70 %-i yenidən tikilib və ya təmir olunub".

Daha sonra çıxış edən Elman Rüstəmov layihənin məsuliyyətləri haqda danışıb: "Bu cür layihələri bir sıra dünya ölkələri öhdəsinə götürsə də bunu layiqincə yerinə yetirə bilməyib. Layihənin ilkin ideyası Azərpoçtun şəbəkəsi ilə yeni formalı maliyyə sistemi yaratmaq olub. Layihə nəticəsində kəndlərdəki əhalinin pensiyalarının ödənilməsi, elektron xidmətlərdən istifadəsinin imkanları genişləndiriləcək".
Tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə