RİTN rəsmisi: "Azərbaycanda poçt xidmətlərinin qiyməti qaldırılacaq"
"Azərpoçtun ölkə kommunikasiyasındakı rolu sürətlə artır". Bu sözləri SİA-ya açıqlaması zamanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Poçt Sektorunun müdiri Novruz Məmmədov deyib. O bildirib ki, yaxın gələcəkdə Azərpoçta kreditlərin tətbiq edilməsi üçün danışıqlar gedir: "Reytinqli bankların biri ilə əməkdaşlıq edərək poçtlara kreditlərin verilməsi reallaşdırılacaq. Bunun üçün isə ən birinci təbii ki, hökumətin razılığına ehtiyac var. Bu razılığın əldə edilməsi üçün hazırda danışıqlar gedir. Eyni zamanda kreditlərin əhalidən alınaraq toplanması və banklara ötürülməsi işində də poçtların əhəmiyyəti əvəzsiz olacaq".
Poçt xidmətlərinin qiymətlərinin qaldırılması haqda məlumat verən rəhbər bu xəbərin doğru olduğunu və gerçəkləşdirilməsinin planlaşdırıldığını deyib: "Artıq 2002-ci ildən bu yana rabitə xidmətlərinin qiymətlərində dəyişiklik edilməyib. Amma bu mövzuda danışıqlar aparılır və qiymətlər yaxın zamanda qaldırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB