Elektrik enerjisindən istifadə qaydalarının pozması hallarının qarşısı alınıb
Biləsuvar elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 23 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Bu barədə SİA-ya Azərenerji ASC-nin mətbuat xidmətindən xəbər verilib.
Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 92,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,5 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödəndiyi bildirilib.
Cari ilin 10 ayı ərzində 233 qayda pozuntusu aşkar edilərək akt tərtib olunub, 717,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 43 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Tədbirlər nəticəsində həmin bu məbləğin 29 faizdən artıq hissəsinin ödənişi təmin edilib. Qalan hissənin ödənişi üçün isə müvafiq tədbirlər görülür.
Lənkəran EŞ-dən Azərenerjiyə daxil olan məlumatda cari ilin oktyabr ayında keçirilən reydlər zamanı 36 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 108,8 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 6,5 min manatdan çox istehlak dəyəri bərpa edildiyi bildirilib. Hesabat ayında həmin bu məbləğin 80 faizdən artıq hissəsinin ödənişi təmin edilib.
Cari ilin 10 ayı ərzində 489 qayda pozuntusu faktı aşkar olunub, 3 milyon 797,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 227,9 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 36 faizə yaxın hissəsinin ödənişi təmin edilib, qalan hissəsnin ödənişi üçün isə tədbirlər həyata keçirirlir.
Cəlilabad EŞ-in xidməti ərazisində cari ilin oktyabr ayında keçirilən reydlər zamanı 29 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 100,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 6 min manatdan çox istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 86 faizə yaxın hissəsinin ödənişi təmin edilib.
Ümumiyyətlə, burada 2010-cu ilin 10 ayı ərzində 699 qayda pozuntusu faktı aşkar edilərək 2 milyon 306,4 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 138,3 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 38 faizdən artıq hissəsinin ödənişi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB