İrlandiyaya dəstək paketinə Avropadan 45, İMF-dən 22.2 milyard avro gələcək

İrlandiyaya dəstək paketinə Avropadan 45, İMF-dən 22.2 milyard avro gələcək
İrlandiyanın borc problemini həll etmək üçün yaradılan 85 milyard avro dəyərində Avropa İttifaqı (Aİ)-İMF yardım paketində, Avropanın köməyi 45 milyard avro olacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Aİ-nın üzvü olan 27 ölkə paketə 22,5 milyard avro dəyərində kömək edəcək.

Aİ ölkələrinin bəzilərinin yardım üçün ayırdığı məbləğ aşağıdakılardır:
1.İngiltərə-3,8 milyard avro
2.İsveç-600 milyon avro
3.Danimarka-400 milyon avro


İMF də paketə 22,5 milyard avro ilə qatılacaq, bu məlumat İMF rəhbərliyi tərəfindən gələn ay təsdiqlənəcək.

Paketin 35 milyard avrosu İrlandiyadakı bankçılıq sistemini dəstəkləmək üçün istifadə ediləcək, 10 milyard avro təcili olaraq bankların sərmayə quruluşunu gücləndirməyə xərclənəcək. Geridə qalan 50 milyard avro isə digər xərcləmələrin maliyyəsində istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə