Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir

Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir

Azərbaycanda təxminən yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 18-də keçirilən Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığa həsr olunmuş “dəyirmi masa”nın açılışında deyib.

O bildirib ki, bu “dəyirmi masa”da təşkil olunan görüşlər İtaliya və Azərbaycan iş adamları arasında əlaqələrin genişləndirilməsinə şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə