Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutub

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutub
Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 milyon manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. SİA-nın məlumatına görə, istiqrazlar 103,0798 qiyməti ilə satışa çıxarılıb. Baş tutan hərracda üç investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 milyon manat) üstələyərək 5 089 000 manat təşkil edib. Nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. Qeyd edək ki, istiqrazların dövriyyədəki həcmi 70 milyon manata çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə