İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Metalurq küçəsi, 1 ünvanında "Samuray" firmasına məxsus istehsalat sahəsində yoxlamalar aparılıb. SİA-nın məlumatına görə, yoxlama zamanı polietilen torbaların istehsalında qida ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədləri olmayan boyalardan istifadə edildiyi və polietilen torbaların üzərində təyinatına uyğun olaraq "Ərzaq malları üçün" və ya "Qeyri-ərzaq malları üçün" sözlərinin qeyd edilmədiyi müəyyən edilib. Anbarda polietilen torbaların istehsalında istifadə edilən saxlama müddəti ötmüş və qida məhsulları ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədləri olmayan 280 kq boya aşkar edilib. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar, polietilen torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, üzərində istifadə təyinatına uyğun lazımı məlumatların qeyd edilmədiyi 5 ton polietilen torbanın satışının dayandırılması, habelə saxlama müddəti ötmüş 280 kq boyanın polimer torbaların istehsalı üçün istifadəsinin qadağan olunması barədə "Samuray" firmasına icrası məcburi göstəriş verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB