Mebel sektorunun nümayəndələri Türkiyədə bir araya gələcəklər

Mebel sektorunun nümayəndələri Türkiyədə bir araya gələcəklər

2011-ci il aprelin 6-dan 10-dək Türkiyənin İzmir şəhərində keçiriləcək "XXII Beynəlxalq İzmir Mebel" sərgisində Azərbaycanın mebel sektorundan nümayəndə heyəti də iştirak edəcəkdir.

SİA-nın xəbərinə görə, bu sözləri Türkiyədə jurnalistlərə müsahibəsində "Efor Fuarçılıq" şirkətinin müdiri Nuray Eyigele deyib. O, bildirib ki, sərgidə müxtəlif ölkələrdən mebel sektoru nümayəndələri iştirak edəcəkdir. Nümayəndələrin sərgidə iştirakını və məhsullarını nümayiş etdirmələrini təmin etmək üçün şirkətin Misir, Azərbaycan, İran və Ukrayna təmsilçilikləri vasitəsi ilə bu ölkələrə dəvət göndərilib.

Sərgi çərçivəsində, həmçinin, "Ən yaxşı stend" müsabiqəsi təşkil ediləcək, konfranslar keçiriləcəkdir. Sərgidə ofis mebelləri, mebel fabriklərinin məhsulları, o cümlədən avanqard mebellər nümayiş olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə