Azərbaycan şirkətləri Ankarada keçirilən sərgidə iştirak edirlər
Noyabrın 26-da Ankarada "Rem Fuar & Organizasyon" şirkətinin təşkilatçılığı ilə Atatürk Mədəniyyət Mərkəzində açılmış "5-ci Beynəlxalq, ölkələrin əl sənətləri və hədiyyəlik əşyaları" sərgisində 35 ölkədən, o cümlədən Azərbaycandan 160 şirkət təmsil olunur.
SİA-nın xəbərinə görə, əl işləri və hədiyyə əşyalarının nümayiş etdirildiyi tədbirin məqsədi sərgi vasitəsilə müxtəlif ölkələrin mədəniyyətlərinin qovuşmasına nail olmaqdır.
Sərgidə Orta Asiya geyim və yeməkləri, İpək Yolu ölkələrinin parçaları, əl sənətləri və antik məhsulları, İranın ipək xalçaları, Afrika ölkələrinin, Uzaq Şərqin əl sənəti nümunələri nümayiş olunur.
Sərgi dekabrın 5-dək davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB