Eyyub Hüseynov: ““Bələdiyyələr sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanların artırılmasına dəstək” layihəsinə 334 min avro məbləğində qrant ayrılıb” - MÜNASİBƏT

Eyyub Hüseynov: ““Bələdiyyələr sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanların artırılmasına dəstək” layihəsinə 334 min avro məbləğində qrant ayrılıb” - MÜNASİBƏT
Bu gün Azad İstehlakçılar Birliyinin (AİB) təşkilatçılığı ilə "Bələdiyyələr sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanların artırılmasına dəstək" layihəsinin məqsəd və vəzifələri haqqında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AİB-in sədri Eyyub Hüseynov, Beynəlxalq İstehlakçı Təşkilatının eksperti Tamar Lordkipanidze, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin nümayəndəsi iştirak ediblər.

Tədbiri giriş sözləri ilə açan Tamar Lordkipanidze konfransın layihənin sonu olduğunu bildirib: "Konfrans faktiki olaraq layihəmizin sonudur. Biz iki ildir ki, Azərbaycan bələdiyyərinə sosial dəstək veririk. Cəhdlərimizin nəticəsini görə bilmək bizim üçün çox qürurverici hissdir".

AİB-in fəaliyyəti haqda danışan ekspert təşkilatın fəaliyyətindən razı olduqlarını deyib: "AİB çox güclü təşkilatdır. Azərbaycanda 10 ildir fəaliyyətə başlamasına baxmayaraq bir sıra dünya ölkəlləri ilə yaxın əlaqəsi var. Əməkdaşlıq münasibətləri çox güclü qurulub".

Daha sonra çıxış edən Ədlliyyə Nazirliyinin nümayəndəsi layihənin fəaliyyətə haqda məlumat verib: "Bu gün Bakıda çox önəmli konfrans keçirilir. Konfrans Bələdiyyələrin hüquqlarına həsr olunub. Bu tədbirin bələdiyyələrin fəaliyyətinin səmərəliliyinə kömək edəcəyinə əminəm".

Daha sonra layihənin mahiyyəti haqda danışan AİB-in sədri Eyyub Hüseynov layihəyə ayrılan qrantın məbləği haqda məlumat verib: "Layihəyə 334000 Avro məbləğində qrant ayrılıb. Ümumiyyətlə harda əhali çoxdusa orada bələdiyyələrə ehtiyac daha çoxdur. Rayonlarda təşkil etdiyimiz yığıncaqlarda bələdiyyə nümayəndələri, kənd ziyalıları, icma, QHT, KİV nümayəndələri iştirak ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə