“Qaradağ Sement” ASC səhmdarlarının Növbədənkanar Yığıncağı keçirilib
25 noyabr 2010-cü il tarixində Bakı şəhərində (Qafqaz Point Hotel) "Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının Növbədənkanar Yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, yığıncağ iştirakçıları gündəlikdə olan aşağıdakı məsələləri müzakirə ediblər və müvafiq qərarlar səs çoxluğu ilə qəbul olunub:
1. Səhmdarların Ümumi Yığıncağının Gündəliyinin təsdiq olunması
2. Müşahidə Şurası üzvü cənab Garet Babbs-ın cənab Horia Adrian ilə əvəz olunması
Gündəliyə çıxarılan məsələlər sadə səs çoxluğu ilə təsdiq və qəbul olunub.
"Qaradağ Sement" ASC-nin səhmdarlarının Növbədənkanar Yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olaraq keçirilib. İndiyə qədər şirkətin 5 hüquqi şəxsi və 879 fiziki şəxs səhmdarı mövcuddur. Holcim Ltd şirkəti "Qaradağ Sement" ASC-nin nizamnamə fondunun 66 faizinin, AİŞ 10 faizinin, Avropa Yenidənqurma və İnkişaf Bankı və Holcim Auslandbeteiligungs GmbH - şirkətin ümumi səhmlərin sayının müvafiq olaraq 10 və 3,39 faizinə malikdir. "Azər İnvest Kompani" MMC ümumi səhmlərin 0,26 faizinə malikdir. Ümumi səhmlərin qalan 10,35 faizi fiziki şəxslərə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB