Mətbəx xanımların sevimli məkanı olduğu kimi, evin də ən çox istifadə edilən guşəsidir. Mətbəx dizaynı həm xanımların zövqünə uyğun, həm də funksional olmalıdır. Fərdi yanaşmanız, zövqünüz, mətbəxin ölçüsü və s. bu kimi faktlar mətbəx dizaynında ilk kriteriyaları formalaşdırır.http://joy.az/
Həmçinin, ən çox nəyə ehtiyacınızın olması, əşyalarınız, mətbəxdəki pəncərənin yeri kimi məsələlərə də diqqət etmək lazımdır. Əgər hələ də mətbəxinizi dizayn etməmisinizsə, bu yazımız sizə kömək edəcək. Əgər mətbəxiniz kiçikdirsə, açıq rənglərdən istifadə edin. Belə rənglər mətbəxinizi həm geniş, həm də təmiz göstərəcək. Həmçinin, mətbəxinizdə aynalardan istifadə etmək də, kiçik mətbəx probleminizə son qoyacaq. Əgər mətbəxinizin dizaynı uyğundursa, şkafları divarların içinə də yerləşdirə bilərsiniz. Beləliklə, həm səliqəli, həm müasir, həm də geniş mətbəxə sahib olacaqsınız.http://joy.az/
Mətbəx mebelləri isə ən çox diqqət tələb edən bir məsələdir. Çünki keyfiyyətsiz mebellər həm işinizə mane olacaq, həm də tez sıradan çıxacağı üçün maddi olaraq da problem yaradacaq. Həm keyfiyyət, həm də rahatlıq baxımından hansı tip mətbəx mebeli seçməlisiniz? Mətbəx mebellərinin gövdələrində iki əsas materialdan istifadə edirlər. Bunlar suntalam və mdf-dir. Bu iki material arasında ən dözümlü olanı mdf-dir. Həmçinin mdf materiallarda istədiyiniz rəng boyalardan istifadə edə bilərsiniz.http://joy.az/
Mebellərin gövdələri qədər onların qapılarının da materialı xüsusi əhəmiyyət kəsb edir. Bu qapılar laminant və PVC materialdan hazırlanır. Laminant qapılar digərlərinə nisbətən daha möhkəmdir, nəm və istiyə dözümlüdür. Əgər siz daha çox dizayna üstünlük verirsinizsə, qeyd etməliyik ki, bu qapılarda istədiyiniz hər rəngdən istifadə edə bilməyəcəksiniz. PVC qapılar isə digərlərinə nisbətən daha bahalıdır və dizayn baxımından daha çox əlinizdən tutacaq.http://joy.az/
Siz UniMall.az saytında müxtəlif mağazaların bir-birindən gözəl, hər zövqə və büdcəyə uyğun
metbex mebelləri ilə tanışa ola və sifariş edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə





USD
EUR
GBP
RUB