Türkiyə BTQ ilə bu günə qədər 50 min ton yük ixrac edib

Türkiyə BTQ ilə bu günə qədər 50 min ton yük ixrac edib

Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə bu günə qədər 50 min ton yük ixrac edib. SİA “www.milliyet.com.tr” saytına istinadla xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Qazaxıstan, Türkmənistan, Özbəkistan və Çindən Türkiyənin bir sıra şəhərlərinə əlaqə yaradılıb. BTQ istifadəyə verildikdən (2017-ci il oktyabrın 30-u) bu günə qədər Türkiyədən bu dəmir yolu xətti ilə 50 min ton yük ixrac edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə