Azərbaycan və Polşa arasında ticarət dövriyyəsinin rəqəmləri uyğun gəlmədi
Azərbaycan və Polşa arasında ticarət dövriyyəsi 33 milyon ABŞ dolları təşkil edib. SİA-nın xəbərinə görə, bunu iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyanın Bakıda keçirilən iclası zamanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib. Nazir deyib ki, lakin Azərbaycanın statistik rəqəmləri Polşa tərəfinin təqdim etdiyi rəqəmlərlə eynilik təşkil etmir: "Polşanın tərəfinin statistik rəqəmlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 93 milyon ABŞ dolları təşkil edib. Hazırda rəqəmlərin eynilik təşkil etməməsinin səbəblərinin aydınlaşdırılması istiqamətində araşdırma aparılacaq. Yəqin ki, hər hansı anlaşılmazlıq var".
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Polşa hökumətlərarası komissiyasının 4-cü iclası keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB