Sahibkarlığa Kömək Milli Fondu Naftalan şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il noyabrın 19-da Naftalan şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Naftalan şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- istixana şəraitində faraş tərəvəz məhsulları istehsalı sahəsinin yaradılması;
- beynəlxalq tələblərə cavab verən müalicəvi sanatoriya-kurort müəssisələrinin yaradılması:
Qeyd edək ki, "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB