Paytaxtda “Maliyyə sisteminin stabilləşdirilməsində əmanətlərin sığortalanması sistemlərinin rolu” müzakirə olunacaq

Paytaxtda “Maliyyə sisteminin stabilləşdirilməsində əmanətlərin sığortalanması sistemlərinin rolu” müzakirə olunacaq

Noyabr ayının 29 və 30-da Bakıda Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (IADI) Avrasiya Regional Komitəsinin seminarı keçiriləcək. SİA-nın məlumatına görə, seminar "Maliyyə sisteminin stabilləşdirilməsində əmanətlərin sığortalanması sistemlərinin rolu" mövzusuna həsr edilib. Rusiya, Ukrayna, Qazaxstanla yanaşı Qırğızıstan, Özbəkistan və digər ölkələrin əmanətlərin sığortalanması təşkilatlarının nümayəndələrinin seminarda iştirakı nəzərdə tutulub.

"Park Inn" otelində keçiriləcək tədbir iki gün davam edəcək.

Qeyd edək ki, tədbir Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkilatçılığı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə