Bakıda Regional Rabitə Birliyinin 43-cü şura iclası keçirilib
Bu gün "Hyat Regency" otelinin Quba zalında Azərbaycan Rabitə və Informasiya Texnologiyaları Nazirliyi ilə birgə Regional Rabitə Birliyinin 43-cü şura iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Regional Rabitə Birliyinin tam hüquqlu üzvləri ilə yanaşı Azərbaycan, Qazaxıstan, Belarus, Qırğızıstan, Moldova, Rusiya, Bolqarıstan, Latviya, Litva, Sloveniya, Regional Rabitə Birliyinin İcraiyyə Komitəsi, MDB İcraiyyə Komitəsinin nümaində heyəti, Elektrorabitə Beynəlxalq şurasının üzvləri, Afrika ölkələri Poçt Şurasının nümayəndələri iştirak ediblər. İclası RRB-nın şura sədri Rusiya Fedarasiyasının rabitə naziri İ.O.Şoqolev idarə edib. İlk öncə Azərbaycan Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasov çıxış edib. Nazir bu kimi tədbirlərin, seminarların vacibliyindən geniş söz açıb: "Bu əməkdaşlıqlar iştirakçı dövlətlərin rabitə sahəsində inkişaf tempini daha da gücləndirəcəkdir. Mən əminəm ki, qarşıya qoyulan məsələlər və problemlər tezliklə həll olunacaq. Bizim sizlərə qarşı olan xoş münasibətimizi hamınız çox gözəl bilirsiniz. Sizləri bir daha Azərbaycan höküməti adından xoş gəlmisiniz deyirəm və tədbirin gedişatında hər kəsə uğurlar arzulayıram."
Daha sonra Beynəlxalq Elektrorabitə şurasının baş katibi Xoulin Çjao çıxış edib. O, bu tədbirdə olduğu uçun özünü çox xoşbəxt hiss etdiyini və tədbirin səmərəliyi barədə çıxış edib. Qonaq onu da bildirib ki, rabitə sahəsində əməkdaşlıq bütün dövlətlər üçün uğurlu olacaqdır. Daha sonra qarşıda qoyulan problemlər ətrafında suallar müzakirə olunub.
Tədbirin sonunda imzalanma mərasimi keçirilib. Qonaqlar xatirə şəkilləri çəkdiriblər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB