"Yeni led işıqların hazırlanması istiqamətində uğurlu nəticələr var"
"Ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri- neft sektoru, o cümlədən informasiya kommunikasiya və yüksək texnologiyalar sahəsi uğurla inkişaf edir. İnkişaf strategiyasında elm və texnologiyalar yüksək yer tutur". SİA-nın xəbərinə görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə AMEA-nın illik yığıncağında çıxış edərkən deyib.
Nazir bildirib ki, qarşıda duran vəzifələrdən biri bu sahədə islahatların genişləndirilməsidir: "Ölkədə bu sahədə ciddi addımlar atılır, texnoloji parklar, sənaye zonaları, biznes inkubatorları yaradılır və innovativ ideyaların dəstəklənməsi üçün imkanlar genişləndirilir".
R.Quluzadə söyləyib ki, yeni led işıqların hazırlanması istiqamətində uğurlu nəticələr var və sınaqlar həyata keçirilir:" Elmi tədqiqatların aparılması zamanı informasiya təhlükəsizliyi, böyük məlumatların ötürülməsi kimi məsələlərə diqqət yetirilməlidir. Regionun ən təhlükəsiz Data Mərkəzi Azərbaycanda mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB