İnam Kərimov: "Fermerlərin bizdən böyük gözləntiləri var"

İnam Kərimov: "Fermerlərin bizdən böyük gözləntiləri var"

"Dövlət başçısı İlham Əliyevin qeyri-neft sektoruna edilən diqqəti nəticəsində aqrar sahə yeni inkişafa qədəm qoyub. Respublikada bu sahənin inkişafında əhəmiyyətli uğurlar əldə edilib". SİA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Naziri İnam Kərimov AMEA-nın illik yığıncağında çıxışı zamanı deyib.

Nazir bildirib ki, regionlarda yaşayanların məşğulluğu, ərzaq təhlükəsizliyi, valyuta axını, vətəndaşlarımızın sağlam qida ilə təmin olunması qarşımızda qoyulan əsas vəzifələrdəndir.

İ.Kərimov sözlərinə görə, ölkəmizdə fermerlərə xidmət edən strategiyanın yaradılmasına ehtiyac var: "Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Strateji yol xəritəsinə" əsasən aqrar sahədə elmi tədqiqatların təşviqi ilə bağlı tapşırıqlar mövcuddur. Artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində (AEİMM) Koordinasiya Şurası yaradılıb".

Nazirliyin bir sıra özəl şirkətlərlə əməkdaşlıq yaratdığınl dilə gətirən İ.Kərimov söyləyib ki, bu gün nazirlik 5 əsas istiqamət üzrə fəaliyyət göstərir. Nazirliyin tərkibində yaradılan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əsas məqsədi aqrar sahədə innovasiyaların tətbiq edilməsidir. Digər istiqamətimiz fermerlər üçün aqrar dəstəyin formalaşdırılmasıdır. Bu gün fermerlərə dəstək göstərilir. Bizim məqsəd bu dəstəyin şəffaf şəkildə həyata keçirilməsidir".

Nazir söyləyib ki, savadlı kadrların hazırlığı da növbəti fəaliyyət istiqamətimiz daxildir: "Kənd Təsərrüfatı Nazirliyi tərkibində fəaliyyət göstərən Məsləhət Mərkəzi AMEA ilə əməkdaşlıq edir. Nazirlik olaraq alimlərlə birgə araşdırmalar aparmaq layihələrin icrasında maraqlıyıq. Bununla da aqrar sahədə bir sıra problemlərin milli həllinə nail ola bilərik. Bu araşdırmaların real sektora istiqamətlənmiş ilə bağlı kompleks tədbirlər keçirilə bilər. Bu gün fermerlərin bizdən böyük gözləntiləri var. Cənab prezidentin bu istiqamətdə verdiyi tapşırıqlar bizim daha da məsuliyyətli fəaliyyət göstərməyimizi şərtləndirir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə