Bu gündən Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılacaq

Bu gündən Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən müəyyən hissəsində iyunun 8-dən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.

Hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.

Bununla əlaqədar sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə