Satışda mənşəyi bəlli olmayan polietilen torbalar aşkar edilib

Satışda mənşəyi bəlli olmayan polietilen torbalar aşkar edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 16, mənzil 2 ünvanında Fikrət Rəhimoğluya məxsus mağazada 216 kq, M.Qaşqay küçəsi, 22/23 ünvanında Qurban Qəhrəmanova məxsus mağazada 243 kq mənşəyi bəlli olmayan polietilen torbalarının satıldığı, habelə həmin torbaların üzərində təyinatına uyğun olaraq "Ərzaq malları üçün" və ya "Qeyri-ərzaq malları üçün" sözlərinin qeyd olunmadığı müəyyən edilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, bununla əlaqədar, mənşəyi bəlli olmayan polietilen torbaların məhv edilməsi barədə Fikrət Rəhimoğluya və Qurban Qəhrəmanova icrası məcburi göstəriş verilib.

Dövlət Xidməti istehlakçılara aldıqları ərzağın üzərində "Ərzaq malları üçün" sözləri qeyd olunmuş polietilen torbalara qoyulmasına diqqət yetirmələrini tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə