Paytaxtda Azərbaycan-Mərakeş İqtisadi Forumu keçiriləcək-AÇIQLAMA
Bu yaxınlarda paytaxtda Azərbaycan-Mərakeş İqtisadi Forumu keçiriləcək. Bu barədə SİA-ya Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həmi məlumat verib. O bildirib ki, bu iqtisadi forumda əməkdaşlıq komitəsinə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin dövlət katibi xanım Lətifə Əxirbaş rəhbərlik edəcək. Səfir vurğulayıb ki, Azərbaycanla Mərakeş arasında bütün sahələrdə əlaqələr çox yüksək səviyyədədir. Onun sözlərinə görə, siyasi, ictimai, elmi və digər sahələrə nəzər salsaq görərik ki, ikitərəfli əlaqələr həqiqətən çox yüksək səviyyədə inkişaf edib.
"2006-ci ildə Azərbaycanın Mərakeşdə, 2008-ci ildə isə Mərakeşin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Səfirliklərin açıqlaması ilə hər iki dövlət arasında əlaqələr durmadan inkişaf etməkdədir. Ədliyyə, idman, vergi və digər bu kimi sahələr üzrə iki ölkə arasında müxtəlif səviyyəli əməkdaşlıq müqavilələri imzalanıb və əməkdaşlıq davam etməkdədir", - deyə o əlavə edib.
Lakin bu əməkdaşlığa baxmayaraq hazırda ticarət dövriyyəsinin çox aşağı olduğunu deyən səfir qeyd edib ki, Mərakeş iqtisadi əməkdaşlığı gücləndirməklə ticarət dövriyyəsini qaldırmağı düşünür: "Hazırda Azərbaycan bazarında Mərakeş limonu tanınır, ancaq bu birbaşa yolla deyil, başqa vasitələrlə Azərbaycana gətirilir. İmkanlar çoxdur və biz bunların daha da artırılmasına və genişləndirilməsinə çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB