19 noyabr tarixində Daşkəsən rayonunda əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunmuş "Elba" MMC-yə məxsus ət emalı müəssisəsi fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, müəssisə müasir texnologiyaya əsaslanan, Almaniyanın "Banth", "Bither" və "Seracold" şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz edilib. İstehsal edilən məhsulların saxlanılması məqsədilə müəssisənin yaxınlığında tikilmiş tutumu 1000 ton olan soyuducu anbar kompleksi də istifadəyə verilib.
Ət emalı müəssisəsində bir iş növbəsi ərzində 65-70 baş iribuynuzlu, yaxud 150 baş xırdabuynuzlu heyvanların kəsilməsi, soyulması, təmizlənməsi, hissələrə ayrılması və emal bölməsinə daşınması, sifarişdən asılı olaraq ət məhsullarının müxtəlif ölçülərdə və çeşidlərdə qablaşdırılması, saxlamaya göndərilməsi və digər proseslər tam avtomatlaşdırılıb.
Bu emal müəssisəsi Daşkəsən və ətraf rayonlarda heyvandarlıqla məşğul olan təsərrüfatların inkişafını stimullaşdırmaqla yanaşı, əhalinin yüksək keyfiyyətli, sanitar-gigiyenik tələblərə cavab verən, ekoloji cəhətdən təmiz ət məhsulları ilə təminatına şərait yaradacaqdır.
Emal olunmuş və qablaşdırılmış ət və ət məhsullarının saxlanılması məqsədilə "Elba" MMC tərəfindən inşa olunmuş tutumu 1000 ton olan soyuducu anbar kompleksində isə istehsal olunan məhsulun saxlanılması nəzərdə tutulub.
Sahibkarlığa Kömək Milli Fondu cəbhə bölgəsində yeni texnologiyalara əsaslanan layihələrin maliyyələşdirilməsi sahəsində fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB