Lənkəran “İstək” Liseyinin şagirdləri yenidən “Yaşıl çay” MMC-də
Şagirdlər ipəkqurdunun bəslənməsi ilə tanış olublar
May ayının 29-da Lənkəran“İstək” Liseyinin VI sinif şagirdləri rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatına ekskursiya ediblər. Müəllim və şagirdləri qarşılayan təsərrüfatın rəhbəri Araz Yağubov məktəblilərə təsərrüfatın fəaliyyəti barədə ətraflı məlumat verib, onları bu il təsərrüfatda ilk dəfə barama yetişdiriləcək müasir kümxana ilə tanış edib,ipəkqurdu və onun bəslənməsində istifadə edilən tut ağacları barədə ətraflı məlumat verib. Şagirdlər maraqla barama yemlənməsinə tamaşa ediblər. Araz Yağubov şagirdləri maraqlandıran digər sualları cavablandırıb, ilk dəfə barama yetişdirilən təsərrüfatın gələcək planlarından danışıb. Bundan sonra da məktəblilərə təsərrüfatın fəaliyyətini əyani surətdə izləmək üçün lazımi şərait yaradacağını söyləyib.
Sonda çay plantasiyasında və kümxanada xatirə şəkili çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB