RİTN əməkdaşları "Virtual rinq” televiktorinasında iştirak edəcəklər
6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) strukturları RİTN və İctimai Televiziyanın birgə layihəsi olan "Virtual rinq" televiktorinasında iştirak edəcək. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Viktorinaya Aztelekom İB, Bakı Telefon Rabitəsi İB, Azərpoçt MMC, Teleradio İB və Məlumat Hesablama Mərkəzini təmsil edən komandalar qatılacaq. Yarışmalar iki hissədən ibarət olacaq. Birinci hissədə Azərbaycan, informasiya texnologiyaları, dünya görüşü və məntiq üzrə ümumi istiqamətlərə dair suallar təqdim olunacaq. Ən yaxşı nəticələr nümayiş etdirən iki komandanın vəsiqə qazanacağı ikinci turda isə yalnız informasiya texnologiyalarına dair sualların veriləcəyi nəzərdə tutulur. Televiktorina İctimai Televiziyada 6 dekabrda nümayiş etdiriləcək.
Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsi olan "Virtual Rinq" intellektual televiktorinasını artıq bir neçə mövsümdür ki İTV-də göstərilir və geniş ictimaiyyətə, xüsusilə də gənclərə, əsasən informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə biliklərin, informasiya cəmiyyəti barədə, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, coğrafiyası, elmi, mədəniyyəti, incəsənəti, tanınmış şəxsləri haqqında maarifləndirici məlumatların çatdırılması, ümumi dünya görüşünün və məntiqi düşüncənin inkişaf etdirilməsi məqsədini daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB