Paytaxt obyektlərinin birində mənşəyi məlum olmayan ət aşkarlanıb
Vergilər Nazirliyindən daxil olmuş məlumata əsasən, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 23 ünvanında Mirzə Rzaxanova məxsus obyektdə aparılan yoxlama zamanı soyuducalarda mənşəyi bəlli olmayan 2 tondan çox ət aşkar edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin ətə orqoneleptik baxış keçirilərkən onlarda kəskin qaralma və qeyri-spesifik iyin olduğu müəyyən edilib.
Bununla əlaqədar, mənşəyi bəlli olmayan ətdən nümunələr götürülərək laborator müayinəyə göndərilib və laborator müayinənin nəticəsi məlum olanadək satışı dayandırılıb. Araşdırmalar davam edir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ət alarkən diqqətli olmağı tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB