16-18 may tarixlərində 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018" sərgiləri keçiriləcək.
“SİA” xəbər verir ki, sərgi ilə bağlı keçirilən mətbuat konfransında bildirilib ki, sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini 24 il ərzində daha da möhkəmləndirməyə müvəffəq olub.
Keçiriləcək sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. “Iteca Caspian” və “ITE Group” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından bu il sərgilərdə ötən il ilə müqayisədə 12% artım olduğunu bildirib. Anar Hüseynov sərgidə dünyanın 34 ölkəsindən 402 şirkətin iştirak etdiyini və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçı və distribütorlar təşkil etdiyini diqqətə çatdırıb. İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri onu da nəzərə çatdırıb ki, bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrup iştirak edir.
Qeyd edək ki, “WorldFood Azerbaijan" sərgisində dünyanın 20 ölkəsini təmsil edən 207 şirkət geniş məhsul seçimi təqdim edir. Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendlərlə iştirak edirlər. Sərgidəki debütantların sayı tədbir iştirakçılarının 35%-ni təşkil edir.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB