Rayonlarımız elektron tipli ATS-lərlə təmin olunub

Rayonlarımız elektron tipli ATS-lərlə təmin olunub
Müqəddəs Qurban Bayramı münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri yeni rabitə obyektlərini əhalinin istifadəsinə verir. Nazirliyin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Aztelekom İstehsalat Birliyi tərəfindən Biləsuvar və Ağsu rayonlarının mərkəzi ATS-ləri rekonstruksiya olunub və müvafiq olaraq 4512/868 və 4000/1530 nömrə tutumlu yeni elektron tipli ATS-lər quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Bundan əlavə İsmayıllı rayonu Gülyan və Kürdmaşı, Bərdənin Qaradəmirçi-I 512/60 nömrə tutumlu, Astaranın Səncərədi, Göyçayın Qaraxıdır, Xaçmazın Qımılqışlaq və Mürşüdoba, Lerikin Gürdəsər və Əliabad, Beyləqanın Xocavənd kəndlərində 256/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılıb. Həmçinin Lənkəranın Boladi (1296/240), Gərmətük (1200/240), Daşdatük (128/30), Vel (384/30) kəndlərində də yeni elektron ATS-lər qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə