Cari ildə Gürcüstanın müxtəlif bölgələrində potensial qaz abonentlərinin sayı 110 minə çatmalıdır
Gürcüstanın Kvareli şəhərində "SOCAR Georgia Gas" MMC-nin "SOCAR Georgia Gas - Kaxeti" regional şirkəti ofisinin və xidmət kompleksinin açılışı olub. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, "SOCAR Georgia Gas"-ın regional şirkətlərinin açılması MMC-nin fəaliyyət səmərəliliyinin artırılması və menecmentin təkmilləşdirilməsi məqsədi daşıyır.
Xatırladaq ki, "SOCAR Georgia Gas" şirkəti Gürcüstana təbii qazın idxalı, onun sosial və kommersiya istehlakçılarına satışı ilə məşğul olur. Şirkətlə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi arasında bağlanan müqaviləyə görə, "SOCAR Georgia Gas" tərəfindən 3-illik sərmayə proqramı hazırlanıb. Proqrama əsasən, Gürcüstanın müxtəlif bölgələrində yerləşən yaşayış məntəqələrində qaz kəmərlərinin inşası, təmir və bərpa edilməsi nəzərdə tutulub. Aparılan işlər başa çatdıqdan sonra 2009-10-cu illərdə Gürcüstanın müxtəlif bölgələrində potensial qaz abonentlərinin sayı 110 minə çatmalıdır. "SOCAR Georgia Gas" MMC Gürcüstanda 30 qazpaylayıcı şirkətə sahibdir ki, həmin şirkətlər stabil olaraq Azərbaycan qazı ilə təmin edilirlər. Bugünədək "SOCAR Georgia Gas" MMC tərəfindən qonşu ölkədə ümumi uzunluğu 600 km-dək olan qaz kəməri çəkilərək istismara verilib, 40 km-lik qaz xətti reabilitasiya edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB