Bakcell və AIESEC gənclər üçün saziş imzalayıblar

Bakcell və AIESEC gənclər üçün saziş imzalayıblar
Azərbaycanın mobil operatoru olan Bakcell şirkəti AIESEC Azerbaijan təşkilatı ilə anlaşma memorandumu imzalayıb. SİA-nın məlumatına görə, AIESEC təşkilatının dünyanın 110-dan çox ölkəsində 50 mindən yuxarı üzvü var. Bu təşkilat gənclərə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməklə liderlik bacarıqları qazanmaq və qlobal təhsil proqramlarından faydalanmağa şərait yaradır. Memorandumda Bakcell-in gənc stajçılarına təşkilatın beynəlxalq mübadilə proqramlarında iştirak etmək imkanı verməklə yanaşı tələbələr və universitet məzunlarına Bakcell şirkətində təcrübə keçmək imkanlarının yaradılması məqsədilə əməkdaşlıq etmək imkanları verir.

Bütün xəbərlər Facebook səhifəmizdə