“Yaşıl çay” fermer təsərrüfatında ipəkqurdlarının bəslənməsi diqqət mərkəzindədir
Bu il “Yaşıl çay” FT MMC-də ilk dəfə olaraq barama istehsal etmək üçün müasir kümxana inşa edilib. SİA-nın məlumatına görə, may ayının 4-də saat 22-də təsərrüfata14 qutuda 290 qr. ipəkqurdu verilib. Mayın 4, 5 və 6-da qurdlar xırda döğranmış yarpaqlarla yemlənib. Mayın 6-sı saat 16-da ipəkqurdları birinci yuxuya gediblər.
Kümçü Həsənağa Əhmədovun sözlərinə görə, həmin qurdlar da yuxu fazasına keçiblər. Qurdlar ayılan kimi onların yenidən yemlənməsinə başlanacaq. Bu gün, iyunun 8-də kümxanya baxış zamanı qurdların hələ yuxuda olduqları müəyyən edilib. Zaqatala rayonundan olan təcrübəli ipəkçi aqronom Nemət Süleymanlı kümxanada qurdların bəslənmə şəraiti ilə tanış olub, kümçülərə öz məsləhətlərini verib. Bildirib ki, qurdların 80 faizi yuxudan oyandıqdan sonra onlar yemlənməli, otaqda lazımi istilik və rütubət normalarının qorunmasına xüsusi diqqət edilməlidir.
Hazırda qurdların yemlənməsində təsərrüfatda 2016-cı ildə əkilmiş çin mənşəli tut ağaclarının yarpaqlarından istifadə edilir.
Qeyd edək ki, barama qurdlarını lazımi miqdarda yemlə təmin etmək üçün ağaclara intensiv qulluq davam etdirilir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB