Avropa Komissiyasının Avropa Yardım Əməkdaşlıq İdarəsinin nümayəndələri Hesablama Palatasında olublar
Bu gün Hesablama Palatasının Sədri Heydər Əsədov Avropa Komissiyasının Avropa Yardım Əməkdaşlıq İdarəsinin Avropa üzrə Coğrafi Proqram Əlaqələndiricisi və Nəzarət Bölməsinin Azərbaycan üzrə proqram Əlaqələndiricisi Anjelo Borqoni və Makroiqtisadi Yardım Bürosunda Keyfiyyətin idarə edilməsi üzrə məsul şəxs Luka Orianidən ibarət nümayəndə heyətini qəbul edib.
SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib ki, ilkin olaraq 2012-2015-ci illər üçün nəzərdə tutulan Büdcəyə Dəstək Proqramının həyata keçirilməsində Hesablama Palatasını Maliyyə Nazirliyi və Milli Məclisin İqtisadi Siyasət Komitəsi ilə bərabər əsas tərəfdaşlardan biridir.
Avropa Komissiyasının nümayəndə heyətinin üzvləri Büdcəyə Dəstək Proqramı çərçivəsində səmərəli büdcə siyasətinin aləti kimi Orta Müddətli Fiskal Mexanizmin təkmilləşdirilməsi, parlamentin büdcəyə nəzarətinin daha effektiv həyata keçirilməsi, ölkənin Ali Audit Qurumu olaraq Hesablama Palatasının kənar audit funksiyasının gücləndirilməsi və bütövlükdə, dövlət maliyyə idarəçiliyi sistemində islahatların aparılması kimi proqram komponentlərinə xüsusi əhəmiyyət verdiklərini qeyd ediblər.
Hesablama Palatasının Sədri H.Əsədov Avropa İttifaqının Büdcəyə Dəstək Proqramı təşəbbüsünü yüksək qiymətləndirərək bu sahədə Palatanın əməkdaşlığa hazır olduğunu bildirib. Eyni zamanda Palata Sədri qonaqların qeyd etdiyi islahatlar kontekstində Palatanın Strateji İnkişaf Planına uyğun olaraq kənar auditin səmərəliliyinin daha da artırılmasının təmin edilməsi üçün Palatanın inkişaf və islahat prioritetləri, habelə bu sahədə fəaliyyət istiqamətləri ilə qonaqları tanış edib.
Tərəflər tam qarşılıqlı anlaşma şəraitində keçən görüşü gələcək əməkdaşlığın uğurlu başlanğıcı kimi dəyərləndirərək nəzərdə tutulan proqramın bütövlükdə hər iki tərəf üçün faydalı olacağı barədə əminliklərini bir daha ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB