Azərbaycanda yeni sığorta sistemi tətbiq ediləcək. SİA-nın məlumatına görə, yeni sistemi tanınmış sığorta şirkətlərindən olan "Alfa Sığorta"təklif edir. Belə ki, şirkət Park İnn mehmanxanasında yeni təklifinin təqdimat mərasimini keçirib. Təqdimatda çıxış edən "Alfa Sığorta" şirkətinin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı "Alfa Sığorta"nın Azərbaycanın 5 fərqli bölgəsində regional nümayəndəliklərinin fəaliyyətə başladığını bildirib. O, "Alfa Sığorta"nın yeni avtomobil sığortası təklifi ilə bağlı məlumat verib. X.Məmmədxanlı Azərbaycanda ilk dəfə olaraq tətbiq edilən və "Alfa Milaj" adlanan sığorta məhsulunun avtomobillərin bir il ərzində qət edəcəkləri yola görə sığorta haqlarının ödənilməsini nəzərdə tutduğunu qeyd edib. Şirkət rəhbəri onu da bildirib ki, sığorta riskinə ən çox təsir edən amillərdən birinin avtomobilin il ərzində istifadə edilmə tezliyi və qət etdiyi yol olmasına baxmayaraq, hazırda Azərbaycanda belə bir fərqləndirmə aparılmır. Onun sözlərinə görə, ilin əksər dövrünü qarajda saxlanılan avtomobillə, "Alfa Milaj" sığorta təklifinin avtomobilindən az istifadə edən insanlar üçün əvəzolunmaz bir təklifdir: "Bunun üçün şirkətin rəsmi veb səhifəsində (alfa.az) onlayn kalkulyator və sığorta üçün müraciət etmək imkanları yaradıb. Ən əsası isə sığorta haqlarını internet vasitəsilə ödəmək imkanına malik olacaqlar. Bu isə müştərilərin vaxtına və puluna qənaət etmək deməkdir. Bundan əlavə saytda canlı dəstək bölməsi də fəaliyyət göstərir. Müştərilər iş günü ərzində onları narahat edən və maraqlandıran məsələlər barədə müştəri xidmətləri ilə real zamanda yazışa biləcəklər. İlk mərhələdə Azərbaycan dilində yayımlanan saytın çox yaxın zamanda ingilis dilli versiyası da hazır olacaq".
Daha sonra şirkət rəhbəri "Alfa Sığorta"nın avqust ayından "Yaşıl Kart" sığorta şəhadətnamələrinin Azərbaycanda satışına başladığını, bunu isə "Yaşıl Kart" zonasına daxil olan nəqliyyat vasitəsi sahiblərinin rahatlığını təmin edərək sərhəd zonasında vaxt itirmələrinin, ləngimələrin qarşısını aldığını deyib. O, yeni sığorta təklifində standart təminatlarla yanaşı, baqajın itməsi kimi hallarda, xarici ölkə ərazisində olsalar belə müştərilərə hüquqi yardım göstərmək imkanlarının yarandığını qeyd edib. Təqdimat mərasimindən sonra tədbir iştirakçıları futşetə dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB