Bu həftədən başlayaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə "Telekommunikasiya sahəsinin tənzimlənməsi üzrə təlim proqramı" keçirilir. SİA-nın məlumatına görə, proqram nazirlik, digər aidiyyəti dövlət orqanlarının, həmçinin Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operatorlarının nümayəndələri üçün nəzərdə tutulub. Qeyd edək ki, təlim proqramının mövzuları geniş əhatəli və aktual olmaqla, sahə üzrə təcrübəli beynəlxalq ekspertlər tərəfindən təqdim edilir. Səkkiz həftəlik təlim proqramının noyabr ayında başlanması və 2011-ci ilin aprel ayına qədər davam etdirilməsi nəzərdə tutulur. Təlimdə iştirak edəcək insanların cari işlərdən ayrılmamaları üçün təlimlər 2 həftədən bir, saat 9:00-dan 13:00-a kimi keçirilməsi nəzərdə tutulur. Proqramda davamlı və aktiv iştirak edən iştirakçılara müvafiq sertifikatların veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB