2010-cu il oktyabr ayının 1-nə olan iqtisadiyyata cəmi kredit qoyuluşları 8936,6 milyon manat olub. SİA-nın Mərkəzi Bankın saytına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artıb. Kredit qoyuluşlarının 448,5 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 2631,2 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2080,7 milyon manat olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 463,0 milyon manatı sənaye və istehsalın payına isə 660,0 milyon manatı düşüb. Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1061,8 milyon manatı kənd təsərrüfatı və emalına 435,2 milyon manatı inşaat və əmlak sahəsinə 623,7 milyon manat, digər sahələrə isə 52,7 milyon manatı yönəldilib. Onu daqeyd edək ki, 2010-cu il oktyabrın 1-nə olan kreditlərin 2486,5 milyon manatı qısamüddətli, 6450,1 milyon manatı isə uzunmüddətli kreditlər olub. Dövlət bankı tərəfindən iqtisadiyyata 3930,9 milyon manat, özəl banklar tərəfindən 4823,6 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 182,2 milyon manat kredit qoyulub. Kreditlərin 5562,1 milyon manatı manatla, 3374,6 milyon manatı isə xarici valyuta ilə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB