“Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması” layihəsinin təqdimatı olub
Bu gün Nəqliyyat Nazirliyində "Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması" layihəsinin təqdimat mərasimi keçirilib. Nəqliyyat Nazirliyinin Mətbuat katibi Namiq Həsənovun SİA-ya verdiyi məlumata görə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Finlandiyanın "WSP Finland Ltd" şirkəti arasında 2010-cu il 07 iyun tarixində bağlanmış müqaviləyə əsasən həyata keçiriləcək layihə Dünya Bankının qrantı hesabına reallaşıb.
Namiq Həsənov onu da bildirib ki, təqdimatda Bakı şəhər sərnişin nəqliyyatının optimallaşdırılması proqramının və yeni texnologiyaların (avtobus sürücüləri üçün simulyatorlar) tətbiqinə dair məsələlər öz əksini tapıb. Mərasimində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin, "Avtonəqliyyatservis" Departamentinin, Maliyyə Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Metropoliteninin, Dünya Bankının, "WSP" Finland Ltd və "SK C&C Co., Ltd" şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB