Şabran rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Şabran rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şabran rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- intensiv bağçılığın inkişafı, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir soyuducu anbar komplekslərinin yaradılması;
- müasir tələblərə cavab verən müalicəvi sanatoriya-kurort komplekslərinin yaradılması.
"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172 Telefon: (012) 432-39-69, Faks: (012) 434-74-29, e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə