Hava limanına gedən “Ekspress” avtobusların dayanacağı dəyişdirilib
“28 May” – hava limanı istiqamətində hərəkət edən “Ekspress” avtobuslar Milli Gimnastika Arenasının qarşısında dayanacaq.
Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, hazırda “28 May” – hava limanı istiqamətində hərəkət edən “Ekspress” avtobusların dayanacaqlarından biri “Koroğlu” metro stansiyasının qarşısındakı dayanacaq məntəqəsidir. Metronun “Koroğlu” stansiyasının hava limanı istiqamətindəki çıxışının qarşısında xaotik vəziyyətin və tıxacın aradan qaldırılması ilə bağlı avtobus dayanacaq məntəqəsi ləğv edildikdən sonra “28 May” – hava limanı istiqamətində hərəkət edən “Ekspress” avtobuslar aprelin 21-dən Milli Gimnastika Arenasının qarşısında dayanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB