Azərbaycan Dubayda İnvestisiya və Əmlak sərgisində təmsil olunur
Azərbaycan Dubayda keçirilən İnvestisiya və Əmlak sərgisində təmsil olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə sərgidə yaradılan milli stenddə Azərbaycanın investisiya imkanları və müasir xidmət layihələri nümayiş etdirilir.
Dubayda təşkil olunan ənənəvi İnvestisiya və Əmlak sərgisinin builki proqramı xidmət və əyləncə sektoruna aid iri layihələrə həsr edilib. Üçgünlük beynəlxalq tədbirdə dünyanın qabaqcıl investisiya şirkətlərinin müasir yaşayış, ticarət və əyləncə kompleksləri üzrə yeni nümunələri sərgilənir. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılan Azərbaycan stendi də sərgi ziyarətçilərinin diqqət mərkəzindədir. Burada Körfəz regionunda yerləşən şəhərlər üçün xüsusi hazırlanan iri ticarət və əyləncə kompleksinin layihəsi təqdim olunur. Balıq şəkilli kompleks şüşə konstruksiyadır və istəyə görə quruda, yaxud dənizdə inşa oluna bilər.
Milli stendi ziyarət edən qonaqlarla görüşlər keçirilir, onlara Azərbaycanın iqtisadi potensialı və müasir investisiya imkanları barədə məlumatlar verilir. Milli stenddə Azərbaycanın sənaye potensialını, həmçinin turizm imkanlarını əks etdirən videoçarx və təbliğat xarakterli bukletlər də nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB