“Azərikimya” yeni susoyutma sistemi qurğusunun tikilməsi üçün açıq müsabiqə elan edib

“Azərikimya” yeni susoyutma sistemi qurğusunun tikilməsi üçün açıq müsabiqə elan edib

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi yeni susoyutma sistemi qurğusunun tikilməsi üçün açıq müsabiqə elan edib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, birliyə daxil olan müəssisələrin texnoloji tələblərinə cavab verən yeni susoyutma sisteminin inşası üçün elan olunmuş müsabiqədə bu sahədə ixtisaslaşmış və müəyyən təcrübə qazanmış iddiaçılar iştirak edə bilər.

Müsabiqənin şərtlərinə əsasən yeni susoyutma sistemi qurğusu layihəsi "açar təhvili" şərti ilə həyata keçirilməli, tələb olunan texniki göstəricilərə və lazımi keyfiyyətə cavab verməli, təhlükəsiz və səmərəli iş rejimini təmin etməlidir. Müsabiqədə iştirak etmək istəyənlər tələb olunan sənədləri 15 noyabr 2010-cu il Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq poçt və ya email (elektron poçt) vasitəsilə göndərməlidir.

İddiaçıların prekvalifikasiyası aparıldıqdan sonra tələb olunan təcrübəyə, texniki və maliyyə resurslarına malik olan iştirakçılara texniki tapşırıq - əsas şərtlər toplusu təqdim olunacaq. Bundan sonra iştirakçılar əsas şərtlər toplusunda göstərilmiş iş həcminə uyğun texniki və kommersiya təkliflərini 10 dekabr 2010-cu il saat 15:00-dan gec olmayaraq təqdim etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə