Neftin qiyməti durmadan artır. Qiymət yüksəlişinə səbəb ABŞ dollarının avro qarşısında durmadan dəyər itirməsidir. Belə ki, bu vəziyyət neftin qiymətinə olduqca güclü təsir edir. SİA-nın məlumatına görə, dünən dünya bazarında neftin qiyməti 88 dollara qalxmışdı. Dünəndən fərqli olaraq bu gün neftin qiymətində o qədərdə artım olmayıb. Nyu-York əmtəə birjası NYMEX-də dekabr fyuçerslərinə görə, WTI markalı neft bir barelə görə 86,49 dollardan qalxaraq 86,85 dollar olaraq müəyyənləşib. London əmtəə birjasında isə ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti isə 88,00 dollardan 88,11 dollara qalxıb. Ekspertlərin fikrincə dolların avro qarşısındakı geriləməsi davam edərsə neftin qiymətində rekord rəqəmlərin olacağına heç şübhə yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB