Kənd təsərrüfatı sığortası müzakirə edilib

Kənd təsərrüfatı sığortası müzakirə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) kənd təsərrüfatı sığortası mövzusunda görüş keçirilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından SİA-ya verilən məlumata görə, görüşdə sığortaçılar tərəfindən “Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsinə edilən düzəliş və əlavələr nəzərdən keçirilib və təkliflərin sığorta bazarı üçün əhəmiyyəti qeyd olunub.

Müzakirələrin yekununda sığortaçıların təkliflərinin əksəriyyətinin qəbul edilməsi barədə razılıq əldə edilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə