“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında monitorinq keçirilib

“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında monitorinq keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən Xəzər dənizi akvatoriyasında fəaliyyət göstərən neft-qazçıxarma idarələrinin istismarında olan yataqlarda ildə iki dəfə (qış-yay və ya yaz-payız fəsilləri) ətraf mühitin vəziyyətinin monitorinqi üzrə dəniz ekspedisiyası keçirilir. Bu işlər İdarənin 2010-cu il iş planına uyğun olaraq reallaşdırılır. Monitorinqin mövsümlər üzrə aparılmasında məqsəd - su qatının stratifikasiyası dövrlərində dəniz canlılarının populyasiya sıxlığını, suyun üst, orta və alt qatlarında qida maddələrinin miqdarını öyrənməkdən ibarətdir. Tədqiqat zamanı əsas diqqət su səthinin və dəniz dibinin kimya və biologiyasına yönəldilir.

Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, növbəti monitorin Ekoloji Tədqiqatlar Ekspedisiyası "Azneft" İB-nin N. Nərimanov adına NQÇİ-nin istismarında olan "Səngəçal-Duvannı-Xərə-Zirə" yatağında ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi məqsədilə "MPK-452" gəmisi vasitəsilə aparılıb.

Monitorinq müddətində Xəzər dənizinə təsir göstərən parametrlərin müəyyənləşdirilməsi üçün yatağın seçilən stansiyalarından dəniz suyu, zooplankton və dib çöküntüsü nümunələri götürülüb. Monitorinq zamanı həmçinin su mühitinin fiziki-kimyəvi xarakteristikaları öyrənilmiş, dəniz axınlarının sürət və istiqaməti ölçülüb, ərazinin meteoroloji tədqiqatı aparılıb. Götürülən nümunələr Kompleks Tədqiqat Laboratoriyasında tədqiq edildikdən sonra alınan nəticələrə əsasən analitik təhlillərin aparılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə