Ötən ay ölkəmizdən Gürcüstana 31,108 milyon kubmetr, Rusiyaya 80,633 milyon kubmetr qaz ixrac olunub
2010-cu ilin oktyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin təbii qaz təchizatı sisteminə 1 milyard 058 milyon 504 min kubmetr "mavi yanacaq" verib. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, ay ərzində yeraltı qaz anbarlarına 326 milyon 231 min kubmetr "mavi yanacaq" vurulub. Bununla da oktyabr ayı ərzində 732 milyon 273 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və "Azərenerji" ASC-nin istifadəsinə 610 milyon 448 min kubmetr təbii qaz verilib, Gürcüstana 31 milyon 108 min kubmetr, Rusiyaya 80 milyon 633 min kubmetr qaz ixrac olunub, Naxçıvan Muxtar Respublikasının qaz təminatı üçün isə İran İslam Respublikasına 10 milyon 084 min kubmetr "mavi yanacaq" ötürülüb.
Qeyd edək ki, Dövlət Neft Şirkəti cari ilin 10 ayında Azərbaycan Respublikasının yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Belə ki, yanvar-oktyabr ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 9 milyard 424 milyon 284 min kubmetr "mavi yanacaq" verib ki, bu da proqnozdan 880 milyon 784 min kubmetr çoxdur. Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracı ilə əlaqəli bağlanan müqavilə öhdəliklərini yerinə yetirmək məqsədi ilə yeraltı qaz anbarlarından əlavə olaraq 638 milyon 680 min kubmetr "mavi yanacaq" götürülüb. Bununla yanaşı yeraltı qaz anbarlarına əlavə olaraq 1 milyard 639 milyon 213 min kubmetr qaz vurulub.
Beləliklə, 2010-cu ilin yanvar-oktyabr ayları ərzində 8 milyard 423 milyon 751 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və "Azərenerji" ASC-nin istifadəsinə 7 milyard 172 milyon 945 min kubmetr təbii qaz verilib, Gürcüstana 278 milyon 463 min kubmetr, Rusiyaya 698 milyon 637 min kubmetr qaz ixrac olunubvə Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 273 milyon 706 min kubmetr "mavi yanacaq" ötürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB