Ötən ay Kulevi Qara Dəniz Terminalı vasitəsilə dünya bazarlarına 310 174 ton neft məhsulunu göndərilib

Ötən ay Kulevi Qara Dəniz Terminalı vasitəsilə dünya bazarlarına 310 174 ton neft məhsulunu göndərilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) məxsus Kulevi Qara Dəniz Terminalı cari ilin oktyabr ayı ərzində 339 548 ton neft və neft məhsulları qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən ay terminal vasitəsi ilə 310 174 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur.

Qeyd edək ki, xam neftin qəbulu və ötürülməsi ilə Treminalın dünya enerji bazarındakı mövqeləri daha da möhkəmlənib. Bugünədək terminal vasitəsilə 1 milyon tonadək xam neft ötürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə