Güclü siyasi və iqtisadi əlaqələrə əsaslanan İran-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir AÇIQLAMA

"Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, əlbəttə ki son dövrlər bu əlaqələr daha da güclənib. Hər iki ölkə arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir. Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir.

Bu ölkələrin yeraltı və yerüstü zəngin sərvətləri var və bundan səmərəli istifadə etmək lazımdır. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirəcəkdir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə