Noyabrın 1-dən İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Management Traninq" Proqramı çərçivəsində təlimçilər üçün təlimlərə başlanılıb.
SİA-nın məlumatına görə, təlimin keçirilməsində məqsəd Bakı şəhərində və regionlarda "Layihələrin idarə edilməsi" kursu üzrə sahibkarların maarifləndirilməsi üçün yerli təlimçilərin hazırlanmasıdır.
GTZ-nin ekspertləri tərəfindən keçirilən təlimdə Bakı Biznes Tədris Mərkəzinin və müxtəlif təşkilatların 20-ə yaxın əməkdaşı iştirak edir. Təlimin sonunda kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılara sertifikatlar veriləcəkdir.
Təlim noyabrın 3-ə qədər davam edəcəkdir.
"Management Traninq" Proqramına əsasən, təlim kursunu müvəffəqiyyətlə bitirmiş təlimçilər noyabrın 11-də Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün "Layihələrin idarə edilməsi" kursu üzrə davamlı təlimlər keçirəcəklər. Bu cür təlim kurslarının regionlarda da təşkil edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB