Regionların inkişafı Azərbaycanın güclü olması üçün əhəmiyyətlidir AÇIQLAMA
“2003-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı üçün xeyli işlər görülüb. Ayrıca olaraq Dövlət Proqramlarının qəbul edilməsi və dövlət başçısının dəfələrlə regionlara səfəri və məsələlərlə yerindəcə tanış olması regionların inkişafına mühüm töhfə verib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, son 15 ildə regionlarda ümumi məhsul buraxılışı 3.2 dəfə artıb 100 minlərlə yeni iş yerləri yaradılıb: “Müasir dünyada ölkələrin inkişafı bu inkişafın inklüzivliyi ilə ölçülür. Yəni regionların proporsional olaraq inkişaf etməsi ölkənin inkişaf səviyyəsini və dövlətin gücünü göstərir. Bu baxımdan regionların inkişafı həm də Azərbaycanın güclü olması üçün mühüm əhəmiyyət kəsb edir. Bu müasir yanaşmadır və gələcəyə hesablanıb. Əhalinin gəlirlərini artırmaq üçün dövlət dəstəyinin artırılması və bir çox istiqamətlərdə təşəbbüslərin dəstəklənməsi hər il öz müsbət nəticələrini verməkdədir. Həm istehsalın həcminin həm də ixracın artması regionların gəlirlərini artırır, yeni iş yerləri açır və əhalini həyat səviyyəsi daha da yüksəlir. Məhz bu amillər dövlət başçısının iqtisadi siyasətinin mühüm elementlərini təşkil edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB