Müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək. SİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə