Cari ildə ölkəmizdə mobil telefon xidmətindən əldə olunan gəlir 34 faiz artıb

Cari ildə ölkəmizdə mobil telefon xidmətindən əldə olunan gəlir 34 faiz artıb
Cari ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 832,0 milyon manatlıq və ya ötən ildəkindən 33,4 faiz çox rabitə xidməti göstərib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

İnformasiya və rabitə xidmətlərinin 74,0 faizi bilavasitə əhaliyə göstərilib, mobil telefon xidmətindən əldə olunan gəlir 34 faiz artaraq 564,3 milyon manata çatıb və bütün gəlirlərin 67,8 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə